Naxçıvanda yeni elektron nəqliyyat xidməti yaradılıb - FOTOLAR

A- A A+

Muxtar respublikamızda elektron taksi xidmətinin tətbiq edilməsi sərnişinlərin bu nəqliyyat vasitəsindən daha rahat və münasib qiymətə istifadəsi üçün geniş imkanlar açıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 288 elektron nəqliyyat xidmətinin tərkibində artıq avtobus və mikroavtobuslarla da sifariş qəbul edilir.

Yeni xidmətin təqdimatı ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev bildirib ki, elektron xidmət vasitəsilə müştərilər əlavə vaxt itirmədən sərfəli qiymətə və rahat şəkildə taksi sifarişi edə bilirlər. Bütün mobil operatorlardan 288 qısa nömrəsinə zəng etməklə, həmçinin mobil tətbiq vasitəsilə taksi sifarişi mümkündür.

Qeyd olunub ki, elektron taksi xidməti operativlik və dəqiqlik tələb edən xidmət sahəsidir. Proqram vasitəsilə sifarişin dəyərinin avtomatik hesablanması, sifarişlərin sürücülər arasında paylanması, tariflərin rahat tənzimlənməsi, sürücü-sərnişin arasında şəffaflığın təmin olunmasına şərait yaradır və sərnişinin etibarlı şəkildə ünvana çatdırılmasını təmin edir. 

Əli Hüseynəliyev vurğulayıb ki, muxtar respublikamızda turizmin inkişafı, əhalinin istirahət mərkəzlərinə tələbatının artması yeni xidmət növünün yaradılması zərurətini yaradıb. Bu məqsədlə “Elektron taksi xidməti”nin tərkibində yeni avtobus və mikroavtobuslara sifariş xidməti də yaradılıb. Sakinlərə bu sahədə keyfiyyətli xidmət göstərmək üçün müasir standartlara cavab verən nəqliyyat vasitələri seçilib, tarif qiymətləri müəyyən edilib və sistemə işlənilib. Sərnişinlər 288 nömrəsinə zəng etməklə turizm səfəri və ya digər tədbirlər üçün daha uyğun qiymətə və etibarlı şəkildə bu xidmət növündən yararlana bilərlər. Sözügedən elektron xidmət sahəsinin istifadəyə verilməsi muxtar respublikamızda turizmin inkişafına səbəb olacaq, turistlər müasir tipli nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: