Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib - VİDEO

A- A A+

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andiçmə mərasimində əvvəlcə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib.

Mərasimdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra gənc əsgərlər hərbi andı qəbul edərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: