1918-ci il sentyabr ayının 15-də Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun hərbi müdaxiləsi ilə Bakının bolşevik hərbi birləşmələri, erməni-daşnak quldurları və yadelli işğalçılardan azad edilməsinin 100 illiyi münasibətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində bayram tədbiri keçirilib. NUHÇIXAN-a nümayəndəlikdən verilən məlumata görə, tədbirdə türkiyəli qonaqlar, ziyalılar- "Anadolu Aydınlar Ocağı"nın sədri doktor professor İbrahim Öztək, İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev, Altay Universitetinin keçmiş rektoru professor Şərafəttin Canda, Trabzon Kültür müdiri Nail Altunay, elm adamı Mustafa Kamal, Azərbaycanda "Anadolu Aydınlar Ocağı"nın sədri Vüqar Qədirov, İzmir" dərnəyinin rəhbəri Mülazim Pahsa, Çanaqqala Universitetinin müəllimi Hasan Özdemir və başqaları iştirak edib.