“Möhtəşəm lotereya”nın qaliblərinə avtomobil və digər hədiyyələr təqdim olunub - VİDEO
“Naxtel” MMC tərəfindən elan edilən "Möhtəşəm lotereya” başa çatıb. Mayın 7-də “Saat meydanı” Turistik-İstirahət Mərkəzində lotereyanın çəkilişləri aparılıb, avtomobil və digər mükafatların qalibləri müəyyənləşdirilib. Bu gün qaliblərlə görüş keçirilib, avtomobillə yanaşı, digər hədiyyələr də təqdim olunub.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Xanım Rüstəmzadə