NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın torpaq mülkiyyətçiləri bu il 1200 hektara yaxın sahədə qarğıdalı yetişdiriblər. Bu sahədə Şərur rayonunun torpaq mülkiyyətçiləri xüsusilə fərqlənirlər. Rayonun torpaq mülkiyyətçiləri cari ildə 900 hektara yaxın sahədə qarğıdalı əkini aparıblar. Artıq bir neçə gündür ki, sahələrdə biçin keçirilir. Qısa müddətdə 40 hektarda biçin aparılıb və hər hektardan 98 sentner məhsul götürülüb. Rayonun Axaməd, Yengicə, Zeyvə, Düdəngə, Oğlanqala, Kürçülü və digər kəndlərində daha çox qarğıdalı əkilib. Əkinlərə düzgün aqrotexniki qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişdirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarğıdalının hər kiloqramı 30 qəpikdən qəbul olunur.
Əbülfəz Dünyamalıyev