“Dövlət qurumlarında informasiya təhlükəsizliyi” ilə bağlı seminar keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat”a uyğun olaraq dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzində növbəti seminar keçirilib.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminarda   Mərkəzin  sədr müavini Ümid Qurbanov çıxış edərək dövlət qurumlarında müasir texnologiyaların tətbiqi və onlardan istifadənin geniş vüsət aldığını, yeni texnologiyalardan, internet resurslarından istifadənin informasiya təhlükəsizliyinin təmin olunması və informasiya-kommunikasiya texnologiyalarından düzgün və təhlükəsiz istifadəni təmin etmənin zəruriliyini bildirib.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı İnci Şirzadova slayd vasitəsilə Nümunəvi Təlimat barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, təlimatda dövlət qurumlarında informasiya təhlükəsizliyinin təşkili və təmini qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib. Təlimatda nəzərdə tutulmuş informasiya təhlükəsizliyinin təminatı barədə tələblərin pozulmasına yol vermiş hər bir əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Seminarda dövlət orqanlarının informasiya texnologiyaları və təhlükəsizliyi sahəsinə cavabdeh olan 28 nümayəndəsi iştirak edib. Seminarın sonunda dövlət qurumlarının əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: