Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin internet saytı yenilənib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytı (aibn.nakhchivan.az) müasir proqramlaşdırmadan istifadə edilərək yenidən hazırlanıb. Bu gün yeni saytın təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Bəxtiyar İsmayılov bildirib ki, yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı xidmətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən yenilənən sayt istifadəçi rahatlığını təmin etmək üçün müasir üslubda tərtib edilib, kompüter, planşet və smartfonların ekran ölçülərinə uyğun hazırlanıb.

Xidmətin əməkdaşı Kamran Mehbalıyev yenilənmiş rəsmi sayt barədə məlumat verərək bildirib ki, istifadəçilər saytın ana səhifəsində xidmətin və onun struktur bölmələrinin fəaliyyət istiqamətləri ilə tanış ola, bölmə və altbölmələrə keçid edə bilərlər. Saytda vətəndaşlara daha operativ xidmət göstərilməsi məqsədilə “Elektron müraciət”, “Elektron xidmətlər” və “Əlaqə” bölmələri mövcuddur. Kamran Mehbalıyev saytının bütün bölmələri barədə iştirakçıları məlumatlandırıb.

Vurğulanıb ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin internet səhifəsinin SSL sertifikatı ilə təmin olunması, saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresləri ilə təmin olunub.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: