Əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə Əmək Məcəlləsində bəzi dəyişikliklər edilib

A- A A+

Milli Məclisdə Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin mayın 13-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə təklif olunan dəyişikliklər əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Layihəyə əsasən, Məcəllənin 49-cu maddəsinə yeni 5-ci hissə əlavə edilməklə işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən salınması səlahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana verilir. Eyni zamanda tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları ilə bağlı 74-cü maddəyə müvafiq əlavələr də təklif olunur. Məcəllənin 87-ci maddəsinə edilən dəyişiklik isə əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlərin aparılmasını tənzimləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: