Bu gün Beynəlxalq Köçəri Quşlar Günüdür

184

Bu gün Beynəlxalq Köçəri Quşlar Günüdür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün 2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayram kimi qeyd olunur. Beynəlxalq Köçəri Quşlar Günü ildə iki dəfə - mayın və oktyabrın ikinci şənbə günü qeyd edilir. Bir çox ölkələrdə, həmçinin Kanada və ABŞ-da hər il mayın 10-11-də keçirilir. Amerikalı ornitoloqlar tərəfindən 1993-cü ildən etibarən bu gün bayram edilir. 1906-cı ildə isə “Köçəri quşlar haqqında beynəlxalq Konvensiya” qəbul olunub.

Günün əsas məqsədi dünya ölkələrinin diqqətini qlobal ekoloji problemlərdən biri olan köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.

Beynəlxalq Köçəri Quşlar Gününün builki şüarı “Gecə köçəri quşlar üçün işıqları söndürün”dür.

Azərbaycanda qışlayan quşların sayı 800 mindən çoxdur. Reallıqda isə bu rəqəm bir milyonu ötür. Mütəxəssislər tərəfindən quşların sayının aparıldığı zaman ölkədə bu il təkcə 110 min bəzgək quşu qeydə alınıb. Qızılağac Milli Parkında 200 min, Abşeron Milli Parkında isə 160 min quşun qışlaması müşahidə edilib. Əvvəllər Abşeron Milli Parkında 30 mindən çox quş qışlayırdısa, bu il bu göstərici xeyli artıb.

Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü yerləri tutur. Hollandiya və İngiltərədən sonra Azərbaycan Türkiyə ilə növbəti pillələrdə qərarlaşıb. Bu da Kür-Araz ovalığı, Xəzərin sahilində unikal yerlərin, çoxlu sututarlarının olması və bu yerlərin sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: