Azərbaycan Respublikası Milli Məclisi Aparatına yeni rəhbər təyin olunub.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu vəzifəyə Hacıyev Fərid Famil oğlu təyin edilib.
O, bunadək Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.