Muxtar respublikada daha 30 ailənin məşğulluq problemi həll olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprel ayı üzrə 30 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Özünüməşğulluq proqramının bu mərhələsində 14 nəfərin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 5 nəfərə mini yerşumlayan aqreqat, 5 nəfərin hər birinə 10 arı ailəsi və arıçı ləvazimatları, 1 nəfərə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 nəfərə isə dülgər avadanlıqları və ləvazimatları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələlərdən 3 nəfərini şəhid ailəsi üzvləri, 15 nəfərini əlilliyi olan, 4 nəfərini müharibə veteranı, 1 nəfərini cəzaçəkmədən azad olunan, 2 nəfərini nikahı pozulan, 3 nəfərini isə ailə başçısını itirən şəxs təşkil edib.

Aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Tədbirdə Nazirliyin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Kəngərli Rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov çıxış edərək ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.

Sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: