Mayın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 197 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 348, ikinci doza vaksinlərin sayı 451, üç və daha çox doza vaksinlərin sayı 2 min 170, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 228-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 698 min 183, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 344 min 904, ikinci mərhələ üzrə 4 milyon 845 min 785, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 263 min 579, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 243 min 915-dir.