Ədəbiyyatdan əbədiyyətə gedən yol “Xəlil Rza Ulutürk” - Söz tələbə jurnalistlərindir

A- A A+

Azərbaycan ədəbiyyatının ölməz siması Xəlil Rza Ulutürk 1932-ci ilin oktyabrın 21-də Salyanda anadan olub. 1949-1954-cü illərdə ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.1950-1960-cı ildə Azərbaycan Pedaqoji Universitetində baş müəllim işləyib.1959-cu ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib.

Azərbaycan dilinin saflığı uğrunda mübarizə yolu seçən Xəlil  Rza Ulutürk 1984-cü ildə “Ömürdən uzun gecələr”,”Qardaşlıq çələngi” kitablarını yazıb. İctimai görüşlərinə görə təqiblərə məruz qalan şairi Azərbaycan Pedaqoji Universitetindən uzaqlaşdırırlar. Sonralar onu, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada o var qüvvəsilə elmi-tədqiqat işi və bədii yaradıcılıqla məşğul olur, azadlıq mübarizəsini davam etdirir.

Azadlığı istəmirəm zərrə-zərrə,qıram-qıram.

Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram

İstəyirəm

SƏMA kibi

GÜNƏŞ kibi

CAHAN kibi!

Çəkil, çəkil, ey qəsbkar

Mən bu əsrin gür səsiyəm

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!!!

-deyən, vətəni üçün canından pay verən, vətənpərvər şair “Təbriz yenə doğular”, ancaq vətən əldən getməməlidir”-deyərək, odlu –alovlu çıxışları ilə həmişə düşmənə qarşı nifrətini bildirib.

1990-cı il 20 Yanvar hadisələrinə, rus qoşunlarının günahkar insanları tankların altına salmasına yenə öz çıxışları, şeirlərilə kəskin bir dillə cavab verən Ulutürk zirvəsi saflıqla, ədalətlə qazanılan zirvədir. Bu zirvəyə çatmaq üçün vətənini, xalqını Xəlil Rza Ulutürk kimi sevmək lazımdır. Əsərlərində vətən sevgisi, düşmənə nifrət, xalqın azadlığı, bütün zəncirləri məhv edərək birgə olmaq arzusu ön planda olan şair hər misrasını ötəri hisslərlə deyil, ürəyindən, qəlbindən axıb gələn hisslərlə yazıb.

Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı Firəngiz xanım müsahibələrinin birində deyir:

-Xəlil Rzaya 80-ci illərdə, millətçi damğası vurmaq istəyirdilər. Xalqın azadlığını istədiyinə görə şair bir çox məhrumiyyətlərə məruz qalıb. Şair çıxış edərkən bir çoxları zalı tərk edir, onu “dəli” adlandırırdılar. Ancaq Ulu Öndər Heydər Əliyev ona “Sən millətçi deyil, xalqın şairisən” deyir.

Xəlil Rza Ulutürk haqqın, ədalətin öz yerini tapmasını istəyirdi. O, xalqın haqsız yerə qırğınlara, təhqirlərə, gülləyə tuş gəlməsinə etirazını bildirirdi.

Məzarlara gül qoymayaq,

Cahan özü gülzar olsun.

Xəlil Rza Ulutürk ümumi türk dünyasının şairi idi. O istəyirdi ki, türklər bir yumruq kimi birləşsinlər.

Vətənpərvərlik ruhunu oğluna da aşılayan istiqlaliyyət şairi Xəlil Rza vətən yolunda oğlunu və özünü fəda etdi. Şairin oğlu Təbriz Xəlilbəyli 1992-ci il Daşaltı əməliyyatında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Təbriz Xəlilbəyli anadan olanda  “Oğul həsrəti” şeirini yazan şair bəlkə də oğlunun vaxtsız gedəcəyini öncədən duymuşdu.

Ən böyük sevincsən, ən müqəddəs qəm,

Məni od içinə atan Təbrizim.

Üzünə baxanda balam deyirəm,

Adını çəkəndə -atam Təbrizim

 

Nurunla açılan al səhərəm mən,

Yeddi il yol gələn, a mənim ilkim,

Gəldiyin yollara gül düzərəm mən,

Ən böyük sevincsən, ən müqəddəs qəm.

Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya -Lefortofo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair Lefortofo gündəliyini, 200-dən çox şeir, poema və məktubunu qələmə alır. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilir və bir ay məhkəmə prosesindən sonra azadlığa buraxılır. Ancaq həbsdə şəkər xəstəliyinə tutulan şairin 1994-cü ildə vəziyyəti ağırlaşır və iyul aynın 22-də vəfat edir.

Ermənilərin dilimizi, tariximizi məhv etmək istəmələrinə biganə qalmamağa, igid oğulları müstəqillik mübarizəsinə çağıran şair vəfatından sonra da xalqı istiqlaliyyətə çağıran bir insan kimi yaddaşlarda qalıb.

Xəlil Rza poeziyası gələcək nəsillər üçün bir xəzinədir. Onun mübarizliyi, mərdliyi hamının yaddaşında qalıbdır. Bu gün onun arzuları həyata keçib. Vətənin igid oğulları Qarabağımızı azad edib. Azərbaycan müstəqildir, azaddır. Ona görə də fəxrlə deyirik:

 - Xalqın mərd, mübariz oğlu, tarixdə iz qoyan sənətkar, türk dünyasının günəşi! milli Qəhrəman atası! Ölməz şair Xəlil Rza Ulutürk.

Sacidə Hüseynova 
Jurnalistika ixtisası üzrə

I kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: