Daşınmaz əmlakın elektron qeydiyyatı sistemində tətbiq edilən yeniliklərə dair təlim keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yerli bölmələrinin əməkdaşlarının və Naxçıvan Dövlət Universitetinin Xidmətdə istehsalat təcrübəsi keçən tələbələrinin iştirak ilə “Daşınmaz əmlakın elektron qeydiyyatı sistemində yeniliklərin tətbiqi” mövzusunda təlim keçirilib.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, təlimdə Xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov bildirib ki, muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi, xidmətlərin sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə daşınmaz əmlakın qeydiyyatı sahəsində mütəmadi olaraq yeniliklər tətbiq olunur. Artıq daşınmaz əmlakla bağlı təqdim olunan xidmətlərin böyük əksəriyyəti elektronlaşdırılıb. Daşınmaz əmlak və torpaqla bağlı göstərilən xidmətlər “Elektron Xidmətlər Portalı” vasitəsilə vahid platforma üzərindən təqdim olunur. Hazırda Xidmət tərəfindən fiziki və hüquqi şəxslərə qəbul edilmiş normativ-hüquqi aktların tələbinə uyğun 23 növdə elektron xidmət göstərilir.

Şöbənin baş məsləhətçisi Mətləb Hüseynov hüquq sahiblərinə daşınmaz əmlaka dair çıxarışlar elektron formada təqdim olunması, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın əldə edilməsi və elektron çıxarışın yoxlanılması, vətəndaşlar müvafiq xidmətlər üçün tələb olunan dövlət rüsumu və xidmət haqlarını müraciətin qeydiyyat nömrəsinə uyğun olaraq Xidmətin rəsmi internet səhifəsi üzərindən onlayn qaydada, Hökumət Ödəniş Portalı və ödəmə terminalları vasitəsilə ödənilməsi haqqında təlim iştirakçılarına ətraflı məlumat verib.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: