Helsinkidə Azərbaycanla bağlı təntənəli tədbir keçiriləcək

A- A A+

Finlandiyanın Helsinki şəhərindəki Musiikkitalo musiqi mərkəzində 28 May – Müstəqillik Gününə və Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tədbir komitənin dəstəyi, Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfirliyinin, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Türk” Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Toplantıya Finlandiyanın və Azərbaycanın rəsmi şəxslərinin, xarici ölkələrin diplomatik korpusunun, yerli ictimaiyyətin və Azərbaycan icmasının 150-yə yaxın nümayəndəsinin qatılması nəzərdə tutulur.

Mərasimdə Azərbaycan və Finlandiyanın rəsmi şəxslərinin çıxışları da gözlənilir.

Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti, tanınmış cazmen İsfar Sarabskinin rəhbərliyi ilə “İsfar Sarabskinin triosu” çıxış edəcək.

Qeyd edək ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan 1992-ci il martın 24-də Finlandiya ilə yenidən diplomatik münasibətlər qurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: