Culfada xalçaçılıq təlimi keçirilib - FOTOLAR

A- A A+

Muxtar respublikada xalçaçılıq sənətinin qorunub inkişaf etdirilməsi, müvafiq kateqoriyadan olan qadınların bu sahəyə marağının artırılması və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək məqsədilə xalçaçılıq təlimləri keçirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti təlim Culfada təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 11 sağlamlıq imkanları məhdud,  5 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və Culfa  Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 2 dərnək rəhbəri olmaqla, ümumilikdə 18 qadın iştirak edib.

Xalça ustası Həcər Hümbətova əyani vəsaitlərdən istifadə etməklə xalçaçılığa dair bilik və təcrübələrini paylaşıb.

 

    Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: