ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb

354

Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüge deyib.

Klüge vurğulayıb ki, Avropada müəyyən edilən halların əksəriyyəti hələ də yüngül formadadır.

"Avropada və onun hüdudlarından kənarda yoluxma hallarının coğrafi səpələnməsi onu göstərir ki, yoluxma bir müddət davam etmiş ola bilər”, - ÜST rəsmisi qeyd edib.

Bu günə qədər Avropanın azı səkkiz ölkəsi - Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyada, həmçinin Avstraliya, Kanada və ABŞ-da xəstəlik qeydə alınıb.

Meymun çiçəyi adətən özünü məhdudlaşdıran xəstəlikdir və yoluxmuş insanların əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Bununla belə, xəstəlik xüsusilə azyaşlı uşaqlarda, hamilə qadınlarda və immun sistemi zəif olanlarda daha ağır keçə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: