Uşağa vitamin verilərkən onun boy, çəki və yaşına görə inkişafı izlənilməlidir

273

Üzvi birləşmələrdən ibarət olan vitaminlər insan və heyvanların qidasının zəruri hissəsini təşkil edir. Qidaların tərkibində vitaminlər çatışmadıqda orqanizmin funksiyası pozulur, nəticədə avitaminoz, sinqa, boyartımının ləngiməsi və yaddaş zəifliyi kimi hallar yaranır. Valideynlər bilməlidirlər ki, həddindən artıq vitamin qəbulu sağlam uşaq demək deyil.

Mütəxəssislər ehtiyac olmadıqda qəbul edilən vitaminləri yanlış addım kimi dəyərləndirilir. Onların miqdarının çox olması isə müxtəlif xəstəliklərə səbəb olur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Telman Aytayev deyib: “Hər vitamin çatışmazlığının klinik əlamətləri var. Orqanizmində rutin olaraq vitamin çox nadir hallarda məsləhət görülür, yəni iştahsızlıq və çəkidə çatışmazlıq varsa, bir-iki dəfə profilaktik məqsədlə vitamin verilə bilər. Uşağa vitamin verilərkən onun boy, çəki və yaşına görə inkişafı izlənilməlidir. Multivitamin verilməsi uşağa kömək etməyə bilər, hətta hansısa dərmanın yan təsiri də meydana çıxa bilər”.

Orqanizmə S vitamini lazım olduğu halda bir qrup vitaminlər, dəmir və digər mikroelementlərin artıq istifadəsi bədəndə depolanmaya şərait yaradır. Ona görə də sağlam qidalanma ən yaxşı seçimdir. “Sağlam qidalanma zamanı meyvə, tərəvəz. daha çox ağ ət, yəni balıq və toyuq əti ilə qidalandıqda orqanizmə lazım olan vitaminlər alınır. Hazır və paketli qidaların qəbulu zamanı bir sıra vitaminlərin çatışmazlığı yarana bilər. Vitamin çatışmazlığı zamanı qan azlığı, nevroloji və metobolizm problemlərlə özünü göstərir”, - deyə həkim-pediatr əlavə edib.

Hər vitaminin xüsusi vəzifəsi var. Mütəxəssislərin fikrincə, D vitamini hər yaş qrupuna verilməlidir, bu, uşaqların əsəb sisteminə, sümük quruluşlarına və normal inkişafa kömək edəcək. Kalsium, maqnezium, potasium kimi vacib mineralların ana südündə olması isə körpələrə daha çox faydalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: