Kəngərlidə yeni tikilən muzey binasında işlər surətlə və keyfiyyətlə aparılır

A- A A+

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikintisində əsas işlər başa çatıb. Hazırda binanın daxilində alçı işləri aparılır, yerə mərmər daş döşənir. Fasad hissədə isə üzləmə suvaq və boya işləri aparılır. Yaxın günlərdə binanın həyətində abadlıq işlərinə başlanması nəzərdə tutulub.

İki mərtəbədən ibarət olacaq binada geniş sərgi salonu ilə yanaşı, fond, bələdçilər, direktor, qazanxana və elektrik otaqları, texniki işçilər, bərpaçı rəssam otaqları, əlavə iş otaqları və foye nəzərdə tutulub. Qeyd edək ki, yeni binanın tikintisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir. İnşaat işlərində keyfiyyət amilinə ciddi önəm verilir, əsasən, yerli materiallardan istifadə olunur, texniki təhlükəsizlik diqqət mərkəzində saxlanılır.

 “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: