Aşura günü qanvermə aksiyası keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında Aşura günlərində və digər vaxtlarda qanvermə aksiyalarında qanın itkisiz götürülməsi və Mərkəzi Qan Bankına göndərilməsinin təşkilinə dair treninq keçirilib. O da faktdır ki, bir neçə ildir Aşura günündə muxtar respublikanın bir sıra şəhər və kənd məscidlərində könüllü qanvermə aksiyaları keçirilir və bu il də bu tədbir  nəzərdə tutulub. Treninqdə qeyd olunub ki, bu aksiyaların mütəşəkkil keçirilməsi üçün həkim və orta tibb işçiləri müəyyən hazırlığa malik olmalı, tədarük edilən qanın qaydalara uyğun müvafiq ünvana   göndərilməsi, tibbi proseslərin lazımi qaydada həyata keçirilməsinə nail olmalıdırlar.

Sonra tibb işçiləri üçün keçirilən treninqdə qanın götürülməsi, müxtəlif ölçülü paketlərə yığılması, bağlanması, saxlanılması və müvafiq ünvana göndərilməsi qaydaları əyani şəkildə izah edilib. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

     Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: