Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

251

44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibənin iştirakçıları (o cümlədən müharibə əlilləri) ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketinin bir istiqaməti də onlara sosial ödənişlərin təyinatıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, postmüharibə dövründə həmin kateqoriyalara aid 93 min şəxsə aylıq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, müavinət və pensiya) təyin olunub, sosial ödəniş təyinatları üzrə ümumilikdə 104 min xidmət göstərilib.

Təyinat prosesi şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının heç bir müraciəti olmadan, elektron sistem üzərindən və proaktiv qaydada aparılıb.

Sosial ödənişlər avtomatik təyin olunduqdan sonra həmin şəxslərə bu barədə, həmçinin ödəniş kartlarını nə zaman və hansı bankdan əldə edəcəklərinə dair məlumat göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: