Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyası keçirilir

A- A A+

Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyası keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, koronavirus pandemiyası başlayandan bəri ilk dəfə birbaşa iştirak formatında keçirilən assambleyanın əsas devizi “Sağlamlıq üçün sülh, sülh üçün sağlamlıq” adlanır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında qeyd edilib ki, mayın 28-dək davam edəcək sessiyalarda dövlət və hökumət nümayəndələri, səhiyyə sahəsində rəhbər vəzifələrdə çalışan şəxslər, ekspertlər çıxış edəcək, müzakirələr aparılacaqdır. Səhiyyə sahəsində yaranan fövqəladə hallara hazırlığın gücləndirilməsi assambleyanın diqqət mərkəzində dayanacaqdır.

ÜST-ün baş direktoru Tedros Qebreyesus assambleya çərçivəsində həmçinin qlobal və regional səhiyyə məsələlərində liderlik səriştəsi və səylərinə görə “Qlobal Səhiyyə Liderləri“ mükafatına layiq görülən şəxslərin adlarını açıqlayıb.

Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının qərarverici orqanıdır. İldə bir dəfə keçirilən tədbirdə ÜST-ə bütün üzv dövlətlərin nümayəndə heyətləri iştirak edir və əsas diqqəti İcraiyyə Şurası tərəfindən hazırlanmış sağlamlıqla bağlı xüsusi gündəliyə yönəlir. Ümumdünya Səhiyyə Assambleyasının əsas funksiyaları sırasında baş direktoru seçməklə yanaşı, ÜST-ün siyasəti, proqramları və büdcəsini müəyyən etmək dayanır.

75-ci Ümumdünya Səhiyyə Assambleyası öz işinə mayın 28-də yekun vuracaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: