Naxçıvanda “Avropa Günləri” keçiriləcək - VİDEO - VİDEO
NUHÇIXAN xəbər verir ki, bu il Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı seçilməsi münasibətilə şəhərimizdə “Avropa Günləri” keçiriləcək.
Sentyabr ayının 21-dən 23-dək davam edən tədbirlərdə Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edəcək. Tədbirin əsas hissəsi sentyabrın 23-də saat 14:00-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək. Burada Azərbaycana, eləcə də Avropa ölkələrinə aid sərgilər, uşaqlar üçün intellektual və əyləncəli proqramlar, rəqslər, axşam isə açıq hava altında konsert proqramı təşkil ediləcək. Qonaqlar Naxçıvanın tarix və mədəniyyət abidələrini gəzəcək, turizm infrastrukturu ilə tanış olacaq, təhsil ocaqlarında müxtəlif görüş və konfranslar keçirəcəklər.