Jurnalistlər üçün nitq təlimi keçirilir - FOTOLAR

A- A A+

Dilin informativ, estetik, ideoloji funksiyaları daha çox kütləvi informasiya vasitələrində özünü büruzə verir. Bu baxımdan ictimaiyyəti məlumatlandıran mətbuat işçilərinin üzərinə böyük məsuliyyət düşür. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hər il təşkil olunan nitq təlimləri də jurnalistlərin təkmilləşdirilməsi məqsədinə xidmət edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 20-dən etibarən başlayan nitq təlimi filologiya elmləri doktoru, professor Sədaqət Həsənova tərəfindən aparılır. Teleradio işçilərinin peşəkarlıq səviyyəsinin artırılması və nitq mədəniyyəti ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnməsi məqsədilə təşkil olunan təlimdə 20 gənc tele-jurnalist iştirak edir. Təlimdə ədəbi dil normaları, orfoepiya və orfoqrafiya qaydaları, vurğu, ifadəli oxu, səlis nitq, efir mədəniyyəti və dilçiliklə bağlı digər vacib nüanslar üzərində təkmilləşdirmə müzakirələri və təlimlər aparılır. Elektron lövhə və vasitələrdən də təlimdə istifadə edilir.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikamızdan və Bakıdan peşəkar mütəxəssislər dəvət olunmaqla jurnalistlər və kinooperatorlar üçün hər il analoji təlimlər təşkil edilir.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: