Muxtar respublikanın rayonlarında Müstəqillik Günü tədbirləri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün muxtar respublikanın rayonlarında 28 May - Müstəqillik Günü qeyd edilib.

Bu münasibətlə rayon mərkəzlərindəki mədəniyyət saraylarında keçirilən tədbirlərdə müstəqillik tariximizlə bağlı məlumatlar verilib. Qeyd olunub ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə xalqımızın tarixi taleyində mühüm rol oynayıb, dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirib.

Müstəqillik illərində Naxçıvan şəhərində və muxtar respublikamızın rayonlarında istifadəyə verilən yüzlərlə təhsil və səhiyyə müəssisəsi, inzibati və yaşayış binaları, abadlığı və gözəlliyi ilə bir-biri ilə yarışa girmiş kənd yaşayış məntəqələri, tikilən və ya yenidən qurulan məscidlər, bərpa olunan və ya yenidən qurulan tarixi abidələr, abadlaşan yollar və körpülər, salınan minlərlə hektar yaşıllıqlar, yaradılan çoxsaylı istehsal müəssisələri, rahat və müasir nəqliyyat infrastrukturu, dayanıqlı enerji təminatı müasir Naxçıvanın reallıqlarıdır. Müstəqillik illərində muxtar respublikanın inkişafını təmin etmək məqsədilə icrası uğurla başa çatan və hazırda icrası davam etdirilən dövlət proqramları ümumi inkişafa təkan verib, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb. Bütün bu inkişaf və tərəqqinin işığında naxçıvanlılar 28 may tarixini hər il böyük uğurlarla geniş qeyd edir.

Tədbirlərdə bayram münasibətilə konsert proqramları təqdim olunub.

Müstəqilliyimizi, Vətənimizi, üçrəngli bayrağımızı vəsf edən, ümummilli liderimizə həsr olunmuş ifalar alqışlarla qarşılanıb.

Rayon mədəniyyət şöbələrinin müxtəlif musiqi kollektivləri xalq mahnıları, rəqs və yallı nümunələri ilə tədbir iştirakçılarına əsl bayram ab-havası bəxş edib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: