Mayın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 747 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 279, ikinci doza vaksinlərin sayı - 206, üç və daha çox doza vaksinlərin sayı – 2 min 26, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 236-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 718 min 660, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 347 min 151, ikinci mərhələ üzrə 4 milyon 848 min 462, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 277 min 606, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 245 min 441-dir.