Düylün kəndində ekoloji hüquqi maarifləndirmə aparılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunda 2018-ci ilin ötən dövrü ərzində Düylün, Üstüpü, Aza, Gilançay, Ələhli və Unus kəndlərində təbiət ərazilərinin çirkləndirilməsi, ağacların  qanunsuz  kəsilməsi və digər məsələlər barədə   6 fakt aşkar olunaraq cərimələr tətbiq olunub. Bu faktlar Düylün kəndində keçirilən maarifləndirici tədbirdə səslənib. Bildirilib ki, yaşıllıqların,  biomüxtəlifliyin qorunması istiqamətində mühüm nailiyyətlər əldə olunmasına baxmayaraq bəzi vətəndaşlar tərəfindən  qanunvericiliyin tələblərinə əməl edilməməsi halları baş verir. Bu isə bələdiyyə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaması və maarifləndirmə tədbirlərinin aparılmamasının  nəticəsidir.

Tədbirdə iştirakçılara  bu sahədə tətbiq olunan cərimə məbləğləri və digər inzibati tədbirlər barədə geniş məlumat verilib. Həmçinin rast gəlinən qanun pozuntularının həlli yolları izah olunub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr və  kənd ziyalıları iştirak edib.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: