Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində tibbi müayinə otağı yaradılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən sürücülərin reysqabağı tibbi müayinədən keçirilmələri üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində tibbi müayinə otağı yaradılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən NUHÇIXAN-a bildirilib ki, otaq ilkin tibbi yardım ləvazimatları və müasir standartlara uyğun Almaniya istehsalı olan alkolmetr cihazı ilə təmin edilib. Burada sürücülərin reysqabağı tibbi müayinələri ümumi qaydalara uyğun həyata keçirilir. Bu zaman sürücülərin bədən temperaturu, təzyiqi ölçülür, nəbzi sayılır və nəfəsvermə havasında alkoqolun səviyyəsi müəyyənləşdirilir.

Müayinə Səhiyyə Nazirliyinin ixtisaslı tibb işçiləri tərəfindən müəyyən olunmuş standartlara uyğun tibbi avadanlıqlar vasitəsilə aparılır.

Tibbi müayinənin nəticələrinin qeydiyyatı isə sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsi tərəfindən təsdiq edilməklə həyata keçirilir. Müayinələrin əsas məqsədi sərnişinlərin ictimai nəqliyyatdan rahat istifadəsinə zəmin yaratmaq, mənzilbaşına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: