Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva və Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva çıxış edərək xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, o cümlədən təhsilə cəlbi istiqamətində görülən işlərdən danışıblar. Qeyd edilib ki, bu istiqamətdə təsdiq edilən dövlət proqramlarının uğurla icrası öz bəhrəsini verir. Bildirilib ki, muxtar respublikamızda uşaqların hərtərəfli inkişafı, onlar üçün uğurlu gələcəyin formalaşdırılması sosial siyasətin əsas istiqamətlərindən biridir.

Çıxış edənlər uşaqları əlamətdar gün münasibətilə təbrik ediblər.

Tədbirdə uşaqlara bayram sovqatı  və  hədiyyələr təqdim olunub.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları maraqlı səhnəciklər nümayiş etdiriblər.

Aktyorların maraqlı səhnəcikləri uşaqlara əyləncəli anlar və əsl bayram ab-havası bəxş edib.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: