Beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası Naxçıvanın tarixi ilə bağlı uğurlu nəticələr əldə edib - FOTOLAR

A- A A+

Tarix və mədəniyyət abidələrinin araşdırılmasına dövlət qayğısı gündən-günə artmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tarix və mədəniyyət abidələrinin öyrənilməsi ilə bağlı arxeoloji ekspedisiyaları davam etdirməkdədir. AMEA Naxçıvan Bölməsi və ABŞ-ın Pensilvaniya Universitetinin birgə təşkil etdiyi arxeoloji ekspedisiya 2006-cı ildən Naxçıvanda arxeoloji tədqiqatlar aparmaqdadır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, indiyədək dünya arxeologiyasında bir çox elmi yeniliyə imza atan ekspedisiya may ayının 24-dən Sədərək rayonunda, qədim Kültəpə yaşayış yerində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə tədqiqatlara başlanıb. Tədqiqatlar zamanı uğurlu nəticələr əldə edilib, şəhər strukturunun, o cümlədən ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi mədəniyyət nümunələri aşkar olunub. Aşkar edilən arxeoloji materiallar Naxçıvanın eramızdan əvvəl IX-VII əsrlərə aid tarixinin, həmçinin Azərbaycanın qərb bölgələrində və Naxçıvanda məskunlaşan Etiuni tayfalarının yadellilərə qarşı mübarizəsinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: