"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verilib - VİDEO
İyunun 1-də - Milli Qurtuluş Günü ərəfəsində "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti - yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan televiziyasının əməkdaşları "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti - yaşayış kompleksinin görüntülərini əks etdirən videoçarx hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videoçarxı təqdim edir: