Xüsusi qayğıya ehtiyacı olan şagirdlərə hədiyyələr verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gözdən əlil uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə və Ordubad şəhər tam orta internat məktəbində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində gözdən əlil uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə keçirilən tədbirdə təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikada fiziki imkanları məhdud uşaqların təhsilə cəlbi istiqamətində görülən işlərdən danışaraq bildirib ki, həmin kateqoriyadan olan uşaqların həmyaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin edilib. Heyran Əhmədova 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Tədbirdə şagirdlərə hədiyyələr də təqdim olunub.
Ordubad şəhər tam orta internat məktəbində keçirilən tədbirdə Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə internat tam orta məktəbinin şagirdlərini əlamətdar gün münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.
Novruz Məmmədov