ANAMA: Minatəmizləmə əməliyyatlarında 200-250 metr məsafədən idarə olunan mexaniki maşınlardan istifadə edilir
Mexaniki minatəmizləmə maşınları işğaldan azad edilmiş ərazilərdə şübhəli ərazilərin qısaldılması, mina xəttinin aşkarlanması, eləcə də təmizləmə əməliyyatları məqsədilə istifadə edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Mexaniki vasitələr təxminən 200-250 metr məsafədən idarə olunur.