İyunun 5-də Azərbaycanda COVID-19 əleyhinə 1544 doza vaksin vurulub

A- A A+

İyunun 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1544 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 195, ikinci doza vaksinlərin sayı 147, üç və daha çox doza vaksinlərin sayı 1079, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 123-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 733 min 819, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 349 min 325, ikinci mərhələ üzrə 4 milyon 849 min 964, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 287 min 880, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 246 min 650-dir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: