Mühəndislər üçün yeni vakansiyalar elan olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatında və tabe idarələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2022-ci il iyulun 4-nə qədər Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər 90 manat ödəniş məbləğini “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına ödənməli və ödənişə dair qəbz həftənin iş günləri mərkəzə təqdim edilməlidir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər. Maraqlananlar mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilər.

Vakansiyaların siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://dim.nmr.az/meliorasiya_vakant_vezife/

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: