“Badamlı 75 il” - Stimullaşdırıcı tirajlı lotereya kampaniyası: 1-ci mərhələ, 1-ci tiraj - VİDEO
Mayın 29-da “Badamlı mineral sular” MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi “Badamlı 75” tirajlı stimullaşdırıcı lotereyanın ilk mərhələsinin ilk tirajının qalibləri müəyyən olunub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Badamlı”nın rəsmi feysbuk və instagram səhifələrində canlı yayımda baş tutan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından 25 kod, yəni 25 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb.
Belə ki, ilk tirajda lotereya iştirakçıları lotereya çərçivəsində 8 iPhone 13, 8 Samsung Galaxy S21, 3 HP notbuk, 3 JBL qulaqlıq, 3 elektrikli skuter qazanıblar.
Qalib kodların sahibləri Bakı şəhəri, Abşeron, Lənkəran, Quba, Şəki, Tərtər rayonlarından və Naxçıvan MR-in Naxçıvan şəhəri, Şahbuz, Ordubad rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olub. Azərbaycanın ilk milli su markası - “Badamlı” istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu, ailələrinə yaşadılan bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Şirkət əməkdaşları “Badamlı”nın tirajlı stimullaşdırıcı lotereyasında çoxlu sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qaliblərə “Badamlı mineral sular”ın Bakı və Naxçıvan şəhərlərində yerləşən ofislərində 3 iyun 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar.
Siz də 2022 –ci il 1 may – 25 dekabr tarixləri arasında keçiriləcək tirajlı stimullaşdırıcı lotereyada “Badamlı”nın qazlı və qazsız məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz.
Hər ay keçiriləcək Badamlı stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır. Siz də “Badamlı” sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kod vasitəsilə 75il.badamlı.az saytında, həmçinin (055) 575-19-47 vatsap nömrəsində qeydiyyatdan keçərək lotereyada iştirak etmək hüququ əldə edə bilərsiniz. Lotereyada hər bir iştirakçı qalib olmaq üçün iki şans qazanır: Birinci dəfə qeydiyyatdan keçdiyi tiraj zamanı və ikinci dəfə isə 25 dekabr 2022-ci ildə avtomobilin oynanıldığı lotereya zamanı. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onları iştirakçılar mütləq şəkildə “Badamlı” şirkətinə təqdim etməlidirlər.
Xatırladaq ki, stimullaşdırıcı lotoreyanın ikinci tirajını 2022-ci il 26 iyun tarixində "Badamlı”nın instaqram @badamli1947 hesabından, feysbuk və yutub kanalı üzərindən canlı yayım vasitəsilə izləyə bilərsiniz.
Lotereyanın nəticələri canlı yayımda, kütləvi informasiya vasitələrində, sosial media platformalarında və 75il.badamli.az saytında elan ediləcək.
1 may-25 dekabr 2022 –ci il tarixləri arasında hər ay keçiriləcək lotereyada ümumilikdə 226 uduş oynanılır.
Uduşlara aşağıdakılar daxildir:
75 ədəd – iPhone 13
75 ədəd – Samsung Galaxy S21
25 ədəd – HP Notbuk
25 ədəd – SEGWAY: Elektrikli Skuter
25 ədəd – JBL T510BT qulaqlıq
1 ədəd BESTUNE T99 minik avtomobili
Daha çox Badamlı, daha çox şans