Muzey yeni binada fəaliyyət göstərəcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur şəhərinin Heydər Əliyev pros­pektində rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa edilən yeni binanın tikintisində əsas işlər tamamlanıb. Hazırda binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılır. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası zirzəmi qatı ilə birlikdə dörd mərtəbədən ibarətdir. Müasir memarlıq üslubuna malik muzey binasında ekspozisiya zalı, fond və yardımçı otaqlar yaradılıb.

Şəhərin Kapitan Seyidov küçəsindəki 7 nömrəli beşmərtəbəli yaşayış binasının əsaslı təmir və yenidənqurma işləri də başa çatıb. Bu binanın da ətrafında abadlıq işləri görülür, yolların kənarındakı səkilər yenilənir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: