İyunun 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 340 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 333, ikinci doza vaksinlərin sayı - 226, üç və daha çox doza vaksinlərin sayı – 1588, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 193-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 736 min 177, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 349 min 659, ikinci mərhələ üzrə 4 milyon 850 min 191, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 289 min 483, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 246 min 844-dür.