Naxçıvanda Aşura günü münasibətilə qanvermə aksiyaları keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün muxtar respublikanın bütün məscidlərində Aşura günü ilə bağlı mərasimlər keçirilib. Sarvanlar, Came, Pirqəmiş məscidlərinə təşkil edilən mərasimlərə qatılan vətəndaşlar könüllü şəkildə qan veriblər. Müayinələrdən  sonra müvafiq qan qruplarına uyğun qan götürülüb.

Aksiyada toplanan qan analiz edildikdən sonra hemofiliya və talessemiyadan əziyyət çəkənlərə, eləcə də operativ əməliyyatlarda ehtiyacı olan xəstələrə çatdırılacaq.

Muxtar respublikanın rayonlarındakı məscidlərdə də Aşura günü ilə bağlı təşkil edilən qanvermə aksiyalarında yüzlərlə vətəndaş iştirak edib.

                                                                             Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: