NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 12-si Batabat yaylağında Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçiriləcək.
Tədbirdə Şahbuz rayonunda fəaliyyət göstərən musiqi məktəblərinin 2021-2022-ci tədris ilinin yekun konserti olacaq. Bununla yanaşı, ailə təsərrüfatlarının iştirakı ilə “Göycə festivalı” keçiriləcək, milli mətbəximizə aid nümunələr hazırlanaraq satışa çıxarılacaq. Tədbirdə həmçinin iştirakçılar üçün müxtəlif iaşə xidməti də göstəriləcək.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbir turist və səyahətsevərlər üçün də yaxşı istirahət, gəzinti və əyləncə imkanıdır.
Bazar günü Batabatda görüşək...