ÜST: Uşaqlarda mənşəyi məlum olmayan 700-dən çox hepatit virusu aşkarlanıb

A- A A+

Uşaqlarda mənşəyi məlum olmayan hepatit virusu ilə bağlı monitorinqlər davam etdirilir. Hazırda 34 ölkədə 700-dən çox bu virusa yoluxma halı qeydə alınıb, eyni zamanda 112 uşağın da test nəticələri araşdırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

T.Adhanomun sözlərinə görə, 38 uşağa qaraciyər transplantasiyası tələb olunub və 10 uşaqda xəstəlik ölümlə nəticələnib.

Mütəxəssislər ümumi gigiyena qaydalarına riayət olunmasını, o cümlədən əllərin hərtərəfli gigiyenası, azyaşlıların tez-tez olduğu yerlərin təmizlənməsi və dezinfeksiya olunmasını tövsiyə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: