Lider TV “Əsgər andı” verilişini Naxçıvandan hazırlayıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Lider Televiziyasının efirində yayımlanan və geniş tamaşaçı audtoriyası qazanan “Əsgər andı” verilişinin bu dəfəki sayı Naxçıvan Qarnizonu Qoşunlarına həsr olunub. Yaradıcı heyət sentyabrın 14-dən muxtar respublikada çəkilişlər aparır.
Verilişin layihə rəhbəri və aparıcısı Anar Şuşalı, kinooperatoru isə Sərvər Quliyevdir. Çəkilişlər Əlahiddə Ümumqoşun Orduda, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında, eyni zamanda digər birləşmə və hissələrdə aparılıb. Verilişin yeni sayında bu hərbi birləşmələrin yüksək səviyyədə döyüş hazırlığı və təlimləri öz əksini tapacaq.
Qeyd edək ki, Azərbaycanın tanınmış televiziyalarından olan Lider TV- nin tamaşaçı auditoriyası bütün dünyanı əhatə edir.
Cavid Səfərli