Naxçıvan şəhərində yaşayış binası və DOST mərkəzində inşaat işləri davam etdirilir - VİDEO

A- A A+

Muxtar respublikamızda həyata keçirilən səmərəli iqtisadi siyasət diyarımızın dayanıqlı inkişafını təmin edib. Bütün sahələri əhatə edən çoxşaxəli islahatlar və həyata keçirilən geniş tikinti-quruculuq işləri muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Naxçıvan şəhərində də uğurla davam etdirilir.

Demoqrafik vəziyyətin davamlı yüksəlişi ilə əlaqədar Naxçıvan şəhərində yeni çoxmərtəbəli yaşayış binaları tikilir. Hazırda şəhərin Babək məhəlləsində yeni yaşayış binasının inşası davam etdirilir.

Muxtar respublikamızda sosialyönümlü layihələrin də icrası həyata keçirilməkdədir. Naxçıvan şəhərində inşasına başlanılan DOST  Mərkəzi belə uğurlu layihələrin davamıdır. 4 mərtəbədən ibarət olacaq mərkəzin binasında inşaat işləri sürətlə aparılır.

Naxçıvan televiziyasının əməkdaşları quruculuq işləri ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: