Naxçıvan şəhərində yeni elektrobuslar fəaliyyətə başlayıb - VİDEO
Muxtar respublikada əhaliyə göstərilən nəqliyyat xidməti nümunəvi təşkil olunub. Yeni alınıb gətirilən 6 elektrobus da bu tədbirlərin davamı kimi istər sərnişinlərin rahatlığı, istər xidmətin daha səmərəli təşkili, istərsə də ekoloji cəhətdən mühüm əhəmiyyət kəsb edir. Sözügedən elektrobuslar artıq Naxçıvan şəhər daxilində fəaliyyət göstərən bir sıra marşrut xətlərində istifadəyə verilib.
Naxçıvan televiziyasının əməkdaşları yeni elektrobusların fəaliyyətə başlaması ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov