FHN çimərlik mövsümünə hazırlıq məqsədilə təlimlər keçirib - VİDEO
İsti yay günlərində vətəndaşlar sərinləmək üçün çimərliklərə gedirlər. Nəticədə suda batma və boğulma halları da qaçılmaz olur. Bununla bağlı xilasedici-dalğıcların peşə hazırlığının artırılması və su hövzələrində insanların təhlükəsiz istirahətini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-dalğıcları ilə Uzunoba Su Anbarında gündüz və gecə saatlarında taktiki-xüsusi təlimlər keçirilib.
Naxçıvan televiziyasının əməkdaşları keçirilən təlimlərlə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir: