STEAM Təlim-Tədris Mərkəzi və yeni uşaq bağçasının inşası yekunlaşır - VİDEO

A- A A+

Diyarımızda uşaq və gənclərin təhsilli və sağlam böyüməsi əsas prioritet məsələ kimi xüsusi diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi və yeni uşaq bağçasının tikilməsi də bu istiqamətdə atılan genişmiqyaslı tədbirlərin mühüm tərkib hissəsidir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır. Naxçıvan şəhərində inşa olunan mərkəzin binasında işlər artıq yekunlaşmaq üzrədir. 3 mərtəbədən ibarət olacaq mərkəz STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunacaq. Xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə seçilən binada səmərəli iş fəaliyyətinin təşkili üçün hər cür şərait yaradılacaq.

Naxçıvan şəhərinin İstiqlal küçəsində, 12 nömrəli məktəbin yaxınlığında yeni inşa olunan uşaq bağçası bu sahədə həyata keçirilən tədbirlərin daha bir nümunəsidir. 4 mərtəbədən ibarət olan bina 210 yerlikdir. Binada müxtəlif yaş qruplarından olan uşaqlar üçün yataq və soyunub-geyinmə otaqları, oyun zalları, yeməkxana, bufet, metodist və həkim otaqları, anbar və camaşırxana yerləşir.

Binada inşaat işləri artıq yekunlaşıb və son tamamlama işləri görülür.

Naxçıvan televiziyasının əməkdaşları hər iki quruculuq ünvanından videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: