ÜST: dünyada həftə ərzində koronavirusla bağlı ölüm hallarının sayı 4 faiz artıb

A- A A+

Son bir həftə ərzində dünyada 3,2 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8 mindən çox insan dünyasını dəyişib. İyunun 6-dan 12-dək ölüm hallarının sayı əvvəlki yeddi günlə müqayisədə 4 faiz artıb, yoluxma hallarının sayı isə eyni səviyyədə qalıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Əvvəlki həftə ilə müqayisədə yoluxma hallarının sayında ən əhəmiyyətli azalma Avropa və Qərbi Sakit okean regionunda (8 faiz) qeydə alınıb. Bununla belə, Şərqi Aralıq dənizi regionunda (58 faiz) və Cənub-Şərqi Asiyada (33 faiz) yoluxma hallarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Amerikada (21 faiz) və Qərbi Sakit okean regionunda (17 faiz) ölüm hallarında əhəmiyyətli artım qeydə alınıb.

ABŞ bir həftə ərzində ən çox yoluxma sayının 743.723 olduğunu bildirib. Daha sonra Çin (501.146), Almaniya (281.706), Braziliya (279.862) və Avstraliya (194.158) yer alıblar. Yeddi gün ərzində ən çox ölüm halları ABŞ-da qeydə alınıb - 2,367. ÜST-nin informasiya bülletenində qeyd edildiyi kimi, ondan sonra Çin (1.201), Braziliya (989), Rusiya (500) və İtaliya (443) yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: