Yol quruculuğu Ordubad kəndlərinin turizm imkanlarını artırır - VİDEO

A- A A+

 

Ordubad rayonunun kəndlərində kompleks quruculuq işləri sürətlə davam etdirilir. Rayonun dağlıq və turistik kəndi olan Pəzməri də bu gün inkişafın yeni mərhələsinə qədəm qoyur. Kənddə inşası davam etdirilən 2 mərtəbəli məktəb binasında nümunəvi şərait yaradılacaq, dövlət qurumlarının birgə fəaliyyətində mühüm əhəmiyyətə malik olacaq kənd mərkəzində tikinti işləri keyfiyyətlə aparılır.

Həmçinin rayonun yüksək turizm potensialı olan Vənənd-Pəzməri kəndlərindəki avtomobil yolunda da keyfiyyətli inşaat işləri aparılır. Yolun kənarlarında istinad divarları tikilir, torpaqbərkitmə işləri görülür. Avtomobil yolunun yenidən qurulması sakinlərin rahatlığını təmin etməklə yanaşı, həm də sözügedən yaşayış məntəqələrinin turizm imkanlarını daha da yaxşılaşdıracaq.

Naxçıvan televiziyasının əməkdaşları aparılan quruculuq işləri ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: