Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iyunun 17-də səhər saatlarında Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu ilə bağlı yeni məlumat yayıb.
ANAMA-nın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilib ki, piyada əleyhinə minaya düşən R.Vəliyev rayon xəstəxanasına yerləşdirilib. Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya edilib. Hazırda vəziyyəti stabildir.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.