Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq

A- A A+

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 17-də keçirilən növbədənkənar sessiyasının iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən İnzibati Xətalar Məcəlləsində 391-ci maddəsinin adı və dispozisiyası yeni redaksiyada verilir. "Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması" kimi təsbit olunmuş maddəyə əsasən, arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının, milli arxiv fondunun mühafizəsi qaydalarının, habelə arxiv fondu sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsinin "Milli arxiv fondu haqqında" Qanunla müəyyən edilmiş müddətlərinin, arxiv fondu sənədlərinin tərkibi və həcmi barədə məlumatların təqdim olunması formasının və müddətinin, Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki, vəzifəli və hüquqi şəxslər üçün müvafiq cərimələr nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: